Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək

Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək

Tarix: 22 Jun 2026 12:13

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edəcək.

APA-nın xəbərinə görə, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Firuzə Vahid Milli Məclisin sədri Sahibə Qafarova Əli Xamenei vida mərasimi

Mənbə: apa.az

Xəbər Lenti