ADSEA: Ötən il 55 km-dən çox suvarma kanalı beton üzlüyə alınıb

ADSEA: Ötən il 55 km-dən çox suvarma kanalı beton üzlüyə alınıb

Tarix: 23 Jun 2026 11:57

Azərbaycanda su təsərrüfatı infrastrukturunun yenilənməsi çərçivəsində ötən il 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınıb.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, 2025-ci il ərzində istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib.

X. Məmmədov bildirib ki, hesabat dövründə 2 813 metr daş-beton bənd və 204 subartezian quyusu da əsaslı təmir olunub.

Agentlik rəsmisi qeyd edib ki, cari təmir planı çərçivəsində 6 378 subartezian quyusunda, 842 nasos stansiyasında və 2 779 hidrotexniki qurğuda təmir işləri aparılıb.

Bundan başqa, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib, eləcə də 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri həyata keçirilib.

X. Məmmədovun sözlərinə görə, görülən işlər su təsərrüfatı infrastrukturunun dayanıqlığını artırmağa, su itkilərini azaltmağa və fermerlərin su təminatını yaxşılaşdırmağa xidmət edir.

Rahim Tarıverdiyev ADSEA su Xəyyam Məmmədov suvarma suvarma kanalı

Mənbə: apa.az

Xəbər Lenti