Çərşənbə axşamı, 23 İyun, 2026
Tarix: 23 Jun 2026 18:46
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana səfərə gəlib.
APA xəbər verir ki, bu barədə Numan Kurtulmuş “X” hesabında bildirib.
Numan Kurtulmuş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin (İSİPAB) 20-ci Konfransında iştirak etmək məqsədilə 23-24 iyun 2026-cı il tarixlərində Azərbaycanda səfərdə olacaq.
TBMM sədri konfrans çərçivəsində iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
Firuzə Vahid Türkiyə Böyük Millət Məclisi TBMM Numan Kurtulmuş Milli Məclis Türkiyə parlamentinin sədriMənbə: apa.az