İran nömrəli avtobus Ermənistanda dərəyə aşıb, 3 nəfər ölüb

Tarix: 27 Apr 2024 19:11

Ermənistanda İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində üç nəfər ölüb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, hadisə Gorus-Qafan yolunda baş verib.

Hadisə zamanı 6 nəfərin yaralandığı da bildirilib.

Əraziyə xilasedicilər və təcili yardım briqadalı cəlb olunub. Fakt araşdırılır.

Xəbər Lenti