İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib - YENİLƏNİB

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib - YENİLƏNİB

Tarix: 24 Jun 2026 15:15

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik Azərbaycana keçib.

APA xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrliyi həyata keçirəcək.

Qeyd edək ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.

Qeyd edək ki, bundan əvvəl sədrlik İndoneziyada idi.

***

11:00

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.

APA xəbər verir ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti