Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 16:38
24 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasına işgüzar səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Firuzə Vahid Ceyhun Bayramov Ukrayna Bərpa KonfransıMənbə: apa.az