- Şənbə, 28 Dekabr, 2024
Tarix: 28.04.2024 21:11
Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində həlak olan şəxslər rayon qəbirstanlığında dəfn ediliblər.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, dəfndə rayon ictimaiyyəti iştirak edib.
Xatırladaq ki, bu gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olublar.