Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 10:10
Aşura günü ilə əlaqədar saat 10:00-a olan məlumata əsasən, respublika üzrə 486 donor qanvermə aksiyasında iştirak edib.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qan bankının icraçı direktoru Elxan Nağıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qanvermə aksiyası 30 şəhər üzrə 40 məntəqədə keçirilir. Onlardan 24-ü məscid və ziyarətgah, 15-i tibb müəssisəsi, 1-i isə təhsil müəssisəsidir.
“Aksiya 16:00-dək davam edəcək. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq”, - Elxan Nağıyev qeyd edib.
Günay Elşən Aşura günü donor qanvermə aksiyası
Mənbə: apa.az