Ərşad Salehi: TDT-də xaricdə yaşayan türklərin təmsilçiliyi üçün nümayəndəlik yaradılsın

Ərşad Salehi: TDT-də xaricdə yaşayan türklərin təmsilçiliyi üçün nümayəndəlik yaradılsın

Tarix: 25 Jun 2026 12:11

Milli varlığımızı və kimliyimizi qorumaq üçün Bakıda bir araya toplaşmışıq.

APA xəbər verir ki, bu sözləri İraq parlamentinin deputatı Ərşad Salehi Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxışı zamanı deyib.

“Qarabağın azad olunması bütün Türk dünyasının arzuladığı və dəstəklədiyi bir layihə, bir amal idi. Buradan Prezident İlham Əliyevə müraciət etmək istəyirəm ki, Türk Dövlətləri Təşkilatında xaricdə yaşayan türklərin də təmsilçiliyi üçün müşahidəçi statusunda ayrıca bir qurum və ya nümayəndəlik yaradılsın. Bu gün xalqları bir-birinə yaxınlaşdıran əsas amillər ortaq irsimiz, folklorumuz, tariximiz və mədəniyyətimizdir. Məhz bu dəyərlər Türk dünyasının həmrəyliyini daha da gücləndirir”, - o qeyd edib.

İlkin Naib

Mənbə: apa.az

Xəbər Lenti