Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib

Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib

Tarix: 25 Jun 2026 18:11

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş zəlzələ ilə bağlı həmrəyligörə Azərbaycana təşəkkür edib.

APA xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə minnətdarlığını bildirir”, - nazir bildirib.

Qeyd edək ki, Venesuelada baş verən zəlzələ nəticəsində azı 164 nəfər ölüb, 1000-ə yaxın insan yaralanıb.

Toğrul Quluzadə Azərbaycan Venesuela başsağlığı

Mənbə: apa.az

Xəbər Lenti