Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub

Tarix: 25 Jun 2026 20:36

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. APA xəbər verir ki, telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: apa.az

Xəbər Lenti