Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO

Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO

Tarix: 26 Jun 2026 12:44

İyunun 26-da Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumətinin sədri Denis Afanasyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qubadlı rayonuna səfər edib.

APA-nın Qubadlıya ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin müşayiət etdiyi nümayəndə heyəti Həştərxan vilayəti hökumətinin dəstəyi ilə Qubadlının Mahruzlu kəndində inşa olunan məktəbəqədər təhsil müəssisəsində aparılan tikinti işləri ilə tanış olub.

Məlumata görə, 80 yerlik uşaq bağçasının təməli 2024-cü ilin dekabr ayında qoyulub. Üç korpusdan ibarət, zirzəmili və iki mərtəbəli bina 0,65 hektar ərazini əhatə edir. Tikilinin ümumi sahəsi 2 370 kvadratmetr, tikinti sahəsi isə 1 906 kvadratmetr təşkil edir.

Bildirilib ki, hazırda uşaq bağçasında əsas tikinti işləri yekunlaşıb, daxili təmir işləri davam etdirilir. Layihənin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Nümayəndə heyətinin tərkibində Həştərxan Şəhər Dumasının deputatı Nikolay Şaydin, "Həştərxan İş Mərkəzi" MMC-nin təsisçisi İraxid Mirişov, Rusiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi Yelizaveta Gilyarevskaya və üçüncü katibi Mariya Alimova-Nefedova da yer alıblar.

İlqar Xudiyev Həştərxan vilayəti Denis Afanasyev
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO

Mənbə: apa.az

Xəbər Lenti