Şənbə, 24 Yanvar, 2026
Tarix: 30 Apr 2024 01:11
Belarus Prezidenti Aleksandr Lukaşenko sərəncamla general-mayor Andrey Qorbatenkonu Respublika Hərbi Akademiyasının rəisi təyin edib.
APA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Qorbatenko 2023-cü ilin iyul ayından tutduğu Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilib.
Buna qədər Hərbi Akademiyaya 2024-cü ilin martında Milli Assambleyanın Nümayəndələr Palatasına seçilən və Milli Təhlükəsizlik Komissiyasının sədri olan Gennadi Lepeşko rəhbərlik edirdi.