Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Tarix: 30 Apr 2024 05:03

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 537 min nəfər əhalisi olan Tuxtla Qutyerres şəhərindən 64 km cənubda yerləşib.

Zəlzələ ocağı yerin 143 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan olunmayıb.

Xəbər Lenti