Şənbə, 27 İyun, 2026
Tarix: 27 Jun 2026 16:42
ABŞ İranla münaqişənin nizamlanmasına dair imzalanmış memorandumun iki bəndini pozub.
APA xəbər verir ki, bunu İran Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rzayi sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, ABŞ regiondakı özünə bağlı qüvvələrin fəaliyyətini dəstəkləməklə memorandumun birinci bəndini, Hörmüz boğazında gərginliyin davam etməsi ilə isə beşinci bəndini pozub.
"ABŞ regiondakı proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə memorandumun birinci bəndini, Hörmüz boğazında gərginliyi davam etdirməklə isə beşinci bəndini pozub", - deyə Möhsün Rzayi bildirib.
O vurğulayıb ki, İran buna "sərt və qətiyyətli" cavab verəcək.
Qeyd edək ki, ABŞ bir gün əvvəl İran ərazisinə zərbələr endirdiyini təsdiqləyib. Tehran isə cavab olaraq ABŞ Silahlı Qüvvələrinin yerləşdiyi məntəqələrə hücum etdiyini açıqlayıb.
ABŞ İran Möhsün RzayiMənbə: apa.az