Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 01:36
İsrail və Livan Livanın cənubunda iki pilot təhlükəsizlik zonasının yaradılması barədə razılığa gəlib.
Bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusu iyunun 28-də Litani çayının şimalında yerləşən Zaütər əl-Qərbiyyə və Bint-Cübeyl dairəsində yerləşən Frun yaşayış məntəqəsindən qoşunlarını çıxaracaq.
Qeyd olubub ki, həmin ərazilərə Livan ordusu yerləşdiriləcək. Hərbçilər bölgədə təhlükəsizliyi təmin etməli və "Hizbullah" silahlılarının fəaliyyətinin qarşısını almaq imkanlarını nümayiş etdirməlidirlər.
İsrail Livan Hizbullah Nəbatiyyə
Mənbə: apa.az