Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 01:14
İsrailin Baş naziri Benyamin Netanyahu 2026-cı ilin payızında keçiriləcək parlament seçkilərindən sonra geniş milli hökumət formalaşdırmaq niyyətində olduğunu bildirib.
APA xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
Netanyahu bildirib ki, məqsədi ölkədə mümkün qədər geniş siyasi konsensusun təmin edilməsidir.
"Geniş milli hökumət formalaşdırmaq niyyətindəyəm. Bu, ərəb partiyalarından asılı olan sol hökumət olmayacaq. Yalnız bu yolla ölkə daxilində razılığa nail ola bilərik", - deyə İsrailin Baş naziri vurğulayıb.
İsrail Benyamin Netanyahu parlament seçkiləri
Mənbə: apa.az