Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 06:22
Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlar birbaşa Volodimir Zelenski və Vladimir Putin arasında aparılmalıdır.
O, bu barədə "CBS News" telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Rusiya və Ukrayna artıq hərbi əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi kimi məsələlərdə birbaşa təmas qururlar və gələcək sülh danışıqları da vasitəçilər olmadan həyata keçirilməlidir.
Sikorski vurğulayıb ki, Avropa neytral tərəf deyil, Ukraynanı dəstəkləyir və Rusiyanı təcavüzkar hesab edir. O əlavə edib ki, sülh prosesində irəliləyiş ilk növbədə Rusiya Prezidenti Vladimir Putindən asılıdır.
Polşa Radoslav Sikorski Ukrayna Rusiya sülh danışıqları
Mənbə: apa.az