Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 08:35
Fransanın paytaxtı Parisdə anomal isti hava şəraiti fonunda ölüm hallarının artması morqlarda yer çatışmazlığı yaradıb.
Bu barədə BFMTV telekanalı dəfn xidməti şirkətlərindən birinin rəhbəri Fabien Hügenin açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, morqlar tam dolduğundan dəfn xidmətləri yeni meyitlərin yerləşdirilməsində ciddi çətinliklərlə üzləşib.
"Saxlama yerləri qalmayıb və vəziyyət getdikcə mürəkkəbləşir", – deyə o bildirib.
Fransa Paris istilər BFMTV
Mənbə: apa.az