Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 09:40
İsrail ordusu bazar günü bildirib ki, Livanın cənubundakı Nəbatiyyə bölgəsində reaktiv qumbaraatanlarla silahlanmış “Hizbullah” üzvlərini öldürüb və raket qurğusuna zərbə endirib.
Reuters məlumat verir ki, əməliyyat İsrail hərbçilərinə qarşı təhlükəni aradan qaldırmaq məqsədi daşıyıb.
İsrail ordusu həmçinin silahlıların fəaliyyət göstərdiyi obyektə zərbə endirdiyini və təhlükə yaradan raket buraxılış qurğusunu sıradan çıxardığını bildirib.
İsrail Hizbullah Livan Nəbatiyyə Yaxın Şərq İsrail ordusu raket qurğusu hərbi əməliyyat
Mənbə: apa.az