Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 10:40
Ukrayna kəşfiyyatı döyüş meydanında ələ keçirilən Rusiya silah və hərbi texnikasını detallı şəkildə araşdıraraq onların texniki xüsusiyyətləri və istehsalında istifadə olunan xarici komponentlər barədə mühüm məlumatlar əldə edib.
UNİAN məlumat verir ki, əldə olunan məlumatlar Ukrayna tərəfindən beynəlxalq tərəfdaşlarla da bi bilgiləri paylaşır. Məqsəd Rusiyanın silah istehsalı üçün istifadə etdiyi texnologiya və komponentlərin tədarük zəncirini müəyyən etmək, həmçinin sanksiyaların effektivliyini artırmaqdır.
Araşdırmaya görə, Rusiya istehsalı olan raketlər, pilotsuz uçuş aparatları və digər müasir silahlarda Qərb ölkələri, Asiya və digər regionlarda istehsal olunan elektron komponentlərə rast gəlinir. Bu detalların bir hissəsi ikili təyinatlı məhsullar hesab olunur və müxtəlif vasitələrlə Rusiyaya çatdırılır.
Məlumata əsasən, Ukrayna mütəxəssisləri silahların sökülməsi və texniki ekspertizası zamanı mikroçiplər, prosessorlar, naviqasiya modulları və digər elektron hissələrin mənşəyini müəyyənləşdirirlər. Bu məlumatlar sonradan sanksiyaların sərtləşdirilməsi və tədarük kanallarının bağlanması üçün tərəfdaş ölkələrə təqdim olunur.
Ukrayna Rusiya silah hərbi texnologiya raket pilotsuz uçuş aparatı elektron komponentlər sanksiyalar kəşfiyyat hərbi sənaye
Mənbə: apa.az