Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 09:48
Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.
Sky news-un məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı artıq 1430 nəfərə çatıb. Mütəxəssislər ölənlərin sayının artmaqda davam edəcəyini bildirirlər.
Ölkənin müxtəlif bölgələrində minlərlə xilasedici dağıntılar altında sağ qalanları tapmağa çalışır. Rəsmilər bildirirlər ki, dağıntılar altından hər bir insanın sağ çıxarılması artıq möcüzə kimi qiymətləndirilir, çünki zəlzələdən sonra keçən vaxt sağ qalma ehtimalını əhəmiyyətli dərəcədə azaldır.
İki zəlzələ 39 saniyə fərqlə baş verib və ölkənin şimal hissəsində, xüsusilə paytaxt Karakas və La Quayra bölgəsində böyük dağıntılara səbəb olub. Minlərlə bina zədələnib və ya tamamilə dağılıb, on minlərlə insan isə itkin düşmüş hesab olunur.
Axtarış-xilasetmə əməliyyatlarına Venesuela ilə yanaşı, bir sıra ölkələrdən gələn beynəlxalq qruplar da cəlb olunub. Xilasedicilər gecə-gündüz fasiləsiz işləyərək dağıntılar altından sağ qalanları çıxarmağa çalışırlar.
Birləşmiş Millətlər Təşkilatı və digər humanitar təşkilatlar bölgəyə yardım çatdırılmasını davam etdirir. Minlərlə insan evsiz qalıb və müvəqqəti sığınacaqlarda yerləşdirilib. Zəlzələnin vurduğu iqtisadi ziyanın milyardlarla dollar olduğu bildirilir.
Mütəxəssislər dağıntılar altında hələ də çox sayda insanın qala biləcəyini istisna etmir və xilasetmə işlərinin qarşıdakı günlərdə də davam edəcəyini qeyd edirlər.
***
00:08
Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 1400 nəfəri ötüb.
Bu barədə "ElDiario" portalı ölkə parlamentinin sədri Xorxe Rodriqesin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 1430 nəfərin öldüyü, 3238 nəfərin yaralandığı rəsmən təsdiqlənib.
Bundan başqa, 3142 ailə evsiz qalıb və hazırda onlar müvəqqəti sığınacaqlarda yerləşdirilərək yardım alırlar.
Venesuela zəlzələ Xorxe Rodriqes təbii fəlakət

Mənbə: apa.az