Norveç Ukraynaya əlavə olaraq 630 milyon dollar ayıracaq

Tarix: 01 May 2024 04:15

Norveç krallığın 2024-cü il büdcəsindən Kiyevə 7 milyard kron (632 milyon dollar) məbləğində əlavə yardım göndərəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe məlumat yayıb.

Onun sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) Ukraynaya hərbi yardım göndərmək üçün istifadə olunacaq.

Qalan vəsait humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Xəbər Lenti