Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 14:13
Türkiyədə baş verən 3 min 224 meşə yanğınının əksəriyyəti səhlənkarlıq ucbatından baş verib.
TRT Haber-in məlumatına görə, nəticədə 40 min 32 hektar meşə sahəsi yanaraq məhv olub.
İqlim dəyişikliyi, havanın temperaturunun kəskin yüksəlməsi və rütubətin aşağı düşməsi son illərdə meşə yanğınlarının sayının artmasına səbəb olub. Yanğınların səbəbləri qəsd, səhlənkarlıq və qəza, təbii amillər, həmçinin səbəbi müəyyən edilməyən hallar üzrə təsnif edilir. Səhlənkarlıq nəticəsində yaranan yanğın hadisələri nəticəsində 40 min 32 hektar ərazinin yanmasına səbəb olub.
Türkiyə meşə yanğınları səhlənkarlıq yanğın meşə iqlim dəyişikliyi ekoturizm meşə kəndliləri təbii fəlakət ekologiya
Mənbə: apa.az