Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb

Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb

Tarix: 28 Jun 2026 16:44

Səudiyyə Ərəbistanında helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həyatını itirib.

APA xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət mediası ölkənin Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən bildirib ki, helikopter bazar günü Ras Tanura bölgəsində qəzaya uğrayıb.

Məlumata görə, helikopter Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə məxsus olub. Qəza nəticəsində helikopterdə olan 14 nəfərin hamısı həlak olub.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Rəsmi qurumlar qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Səudiyyə Ərəbistanı helikopter qəzası Ras Tanura Saudi Aramco qəza aviasiya Energetika Nazirliyi ölənlər

Mənbə: apa.az

Xəbər Lenti