Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 28 Jun 2026 17:55
Avropada son bir həftə ərzində müşahidə olunan ekstremal isti hava şəraiti ilə əlaqədar 1 300-dən çox ölüm halı qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bildirib.
O, "X" sosial şəbəkəsində yazıb ki, iyunun 21-dən etibarən Avropada yüksək temperaturla əlaqəli 1 300-dən çox vaxtından əvvəl ölüm hadisəsi qeydə alınıb.
Tedros Adanom Gebreyesus qeyd edib ki, temperatur stresi çox vaxt "səssiz qatil" adlandırılır, çünki onun fəsadları hər zaman dərhal nəzərə çarpmır.
ÜST rəhbəri vurğulayıb ki, Avropa dünyanın ən sürətlə istiləşən qitəsidir və burada istiləşmə tempi qlobal orta göstəricidən iki dəfə yüksəkdir.
Onun sözlərinə görə, Avropadakı yaşayış evləri, iş yerləri və məktəblər bu cür yüksək temperatur şəraitinə uyğun layihələndirilməyib.
ÜST Tedros Adanom Gebreyesus Avropa isti hava istilik dalğası yüksək temperatur vaxtından əvvəl ölüm iqlim dəyişikliyi səhiyyə hava şəraiti
Mənbə: apa.az