Vilayəti: Hizbullah Livanın müstəqilliyinin dayağıdır

Vilayəti: Hizbullah Livanın müstəqilliyinin dayağıdır

Tarix: 28 Jun 2026 19:38

İran İslam İnqilabının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Hizbullah hərəkatını "Livanın müstəqilliyinin dayağı" adlandırıb.

APA xəbər verir ki, o, bazar günü sosial şəbəkədə paylaşdığı mesajda İranın dəstəklədiyi Hizbullahın ölkənin müstəqilliyinin qorunmasında mühüm rol oynadığını bildirib.

Vilayəti qeyd edib ki, uzun illər diplomatik təcrübəsindən çıxış edərək belə bir nəticəyə gəlib: "Siyasi müstəqillik olmadan azadlıq qızıl qəfəsdir."

İran Əli Əkbər Vilayəti Hizbullah Livan müstəqillik Yaxın Şərq diplomatiya siyasət

Mənbə: apa.az

Xəbər Lenti