ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir

ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir

Tarix: 29 Jun 2026 00:31

“ABŞ və İran arasında danışıqlar texniki səviyyədə davam edir”.

APA xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News”a müsahibəsi zamanı bildirib.

"Müfəttişlərin girişi, [uranın] zənginləşdirmə səviyyəsinin azaldılması və İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməyə yönəlmiş digər aspektlərlə bağlı müzakirələr, xüsusən də texniki səviyyədə davam edir", - diplomat deyib.

ABŞ İran BMT

Mənbə: apa.az

Xəbər Lenti