Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib

Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib

Tarix: 29 Jun 2026 03:59

28 iyun tarixində Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yerləşən şimal-qərbi Xayber Paxtunxva əyalətində quru əməliyyatı keçirərək 29 yaraqlını öldürüb.

APA xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar məlumat verib.

"Təhlükəsizlik qüvvələri Pakistan-Əfqanıstan sərhədi boyunca yaxşı planlaşdırılmış, kəşfiyyata əsaslanan quru əməliyyatı keçirdi. Ardınca sərhəd bölgəsində Camaat-ül-Əhrar və Fitna əl-Xəvaric silahlılarının sığınacaqlarına və düşərgələrinə qarşı dəqiq zərbələr endirdi və 29 üsyançını öldürdü", - nazir “X” hesabında yazıb.

Pakistan

Mənbə: apa.az

Xəbər Lenti