Belarus prezidenti Aleksandr Lukaşenko Çində işgüzar səfərdədir

Belarus prezidenti Aleksandr Lukaşenko Çində işgüzar səfərdədir

Tarix: 29 Jun 2026 08:35

Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekin və Minsk arasındakı münasibətlərin tarixi zirvədə olduğuna inanır.

APA xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinə yaxın olan "Pool Pervyi" “Telegram” kanalı məlumat yayıb.

"Hazırkı Çin-Belarus münasibətləri tarixi zirvədədir", - Çin lideri bildirib.

Çində işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko da münasibətlərin belə müsbət qiymətləndirilməsindən məmnun olduğunu bildirib.

"Bu, bizim də sizinlə danışdığımız məsələdir. Bəlkə də Belarus ilə Çin Xalq Respublikası arasında bu qlobal əməkdaşlıq ərəfəsində müəyyən mənada arzuladığımız şey də bu idi", - Lukaşenko deyib.

Belarus Lokaşenko

Mənbə: apa.az

Xəbər Lenti