Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 11:40
İran və Oman rəsmiləri Məsqətdə Hörmüz Birgə Komitəsinin ilk iclasını keçirərək Hörmüz boğazındakı mövcud vəziyyəti və strateji su yolunun gələcək idarə olunması məsələlərini müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi “X” hesabında məlumat paylaşıb.
“Məsqətə səfərim çərçivəsində Omanın xarici işlər üzrə dövlət naziri Əbdüləziz əl-Hinai ilə Hörmüz Birgə Komitəsinin ilk iclasını keçirdik. Görüş zamanı boğazla bağlı cari məsələləri nəzərdən keçirdik, həmçinin İslamabad Anlaşma Memorandumunun 5-ci bəndi çərçivəsində Hörmüz boğazının gələcək idarə olunması və sahilyanı dövlətlərin suveren hüquqları ilə bağlı fikir mübadiləsi apardıq”, – Qəribabadi bildirib.
Bildirilib ki, yüksək səviyyəli ikitərəfli danışıqlar zamanı Hörmüz boğazında gəmiçilik, dəniz təhlükəsizliyi və strateji su yolunun idarə edilməsinin gələcək mexanizmləri müzakirə olunub.
İlqar Xudiyev Məsqət Oman və İran danışıqları Hörmüz boğazı
Mənbə: apa.az