Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 11:31
Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş"Türk Dünyası Həftəsi" çərçivəsində 20 ölkədən 120-dən çox alim və mədəniyyət nümayəndəsi Bakıda bir araya gəlib.
APA xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli "Türk Dünyası Həftəsi"nin açılış mərasimində deyib.
Nazir bildirib ki, keçirilən görüşlər türk dünyası arasında yeni elmi və mədəni əməkdaşlıq əlaqələrinin yaranmasına mühüm töhfə verəcək.
Qeyd edib ki, "Türk Dünyası Həftəsi" çərçivəsində keçiriləcək tədbirlər Ağdam və Şuşada da davam etdiriləcək.
Gülcahan İmanqızı "Türk Dünyası Həftəsi" Ağdam Şuşa
Mənbə: apa.az