Pakistanın zərbələri nəticəsində Əfqanıstanda 36 nəfər ölüb, 163 nəfər yaralanıb

Pakistanın zərbələri nəticəsində Əfqanıstanda 36 nəfər ölüb, 163 nəfər yaralanıb

Tarix: 29 Jun 2026 11:02

Pakistanın Əfqanıstanın şərq vilayətlərinə endirdiyi hava zərbələri nəticəsində 36 dinc sakin ölüb, 163 nəfər yaralanıb.

APA xəbər verir ki, Taliban hökumətinin sözçüsünün müavini Həmdullah Fitrət bu barədə “X” hesabında paylaşım edib.

“Ötən gecə həyata keçirilən hücumlar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 36 dinc sakin şəhid olub, 163 nəfər isə yaralanıb”, – Fitrət bildirib.

İlqar Xudiyev Əfqanıstan Pakistanın hava zərbələri

Mənbə: apa.az

Xəbər Lenti