Cümə, 31 İyul, 2026
Tarix: 01 May 2024 17:07
Türkiyə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırımı ilə bağlı qaldırdığı iddiaya qatılmaq qərarına gəlib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, hüquqi işlər yaxın zamanda tamamlanacaq və Türkiyə Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi olaraq müraciət edəcək.
Mənbə: apa.az