İsa Həbibbəyli: Türkologiyanın elmi modelini ilk dəfə Birinci Türkoloji Qurultay müəyyənləşdirib

İsa Həbibbəyli: Türkologiyanın elmi modelini ilk dəfə Birinci Türkoloji Qurultay müəyyənləşdirib

Tarix: 29 Jun 2026 14:39

Türk dünyası ilə bağlı tədqiqatların, türkoloji elmi əsərlərin təqdim olunması Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətlərindən biridir.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən plenar iclasda bildirib.

İsa Həbibbəyli bildirib ki, Birinci Türkoloji Qurultay öz dövründə ilk dəfə türkologiyanın sistemini və elmi modelini müəyyənləşdirib: “Qurultayda ilk dəfə müasir ədəbiyyat, tarix, folklor, incəsənət, etnoqrafiya, dilçilik və digər sahələr üzrə məsələlər müzakirə edilib və razılaşdırılmış nəticələr əldə olunub”.

Gülcahan İmanqızı İsa Həbibbəyli AMEA Türkoloji Qurultay

Mənbə: apa.az

Xəbər Lenti