Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 16:43
Ermənistandan Gümrüdəki Rusiya hərbi bazasının statusuna yenidən baxılması ilə bağlı hələlik heç bir siqnal daxil olmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Bundan əlavə, Ermənistan tərəfi rəsmi olaraq İrəvanın Gümrüdəki Rusiya hərbi bazasının bağlanmasını düşünmədiyini bildirib”, - Rusiya XİN başçısının müavini 102-ci baza ilə bağlı müqavilənin şərtlərinin yenidən nəzərdən keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq deyib.
Fərid ƏkbərovMənbə: apa.az