Tehran-Dubay aviareysi bərpa olunub

Tehran-Dubay aviareysi bərpa olunub

Tarix: 29 Jun 2026 16:55

Son müharibədən sonra Tehran-Dubay aviareysi bərpa olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı Tehran–Dubay–Tehran aviareyslərinin qısa fasilədən sonra yenidən fəaliyyətə başladığını açıqlayıb.

Məlumata görə, bu gün səhər Tehrandan yola düşən ilk təyyarə Dubaya eniş edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarından və ölkədə hava məkanının bağlanmasından sonra Tehran–Dubay istiqamətində bütün reyslər dayandırılmışdı.

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti