Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib

Tarix: 29 Jun 2026 18:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə bu il daha 153 nəfər qəbul edilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlar burada peşə və sosial reabilitasiya xidmətləri ilə əhatə olunublar.

Hazırda isə müəssisədə 116 nəfərə peşə və sosial reabilitasiya xidmətləri göstərilir. Onlardan 52 nəfəri hazırlıq kurslarında müxtəlif peşələrə yiyələnir, 20 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edilir. 44 nəfəri isə müxtəlif təlimlərdə iştirak edir, boccia və digər idman növləri üzrə bacarıqlarını təkmilləşdirir.

Mərkəzə qəbul edilən əlilliyi olan şəxslər burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.

Günay Elşən
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib

Mənbə: apa.az

Xəbər Lenti