İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib

İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib

Tarix: 30 Jun 2026 01:05

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzindəki Deyr əl-Bəlah qaçqın düşərgəsində HAMAS hərəkatına məxsus yeraltı kompleksin içərisindəki üç hədəfə zərbə endirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsünün ofisi məlumat yayıb.

"İsrail ordusu Qəzza zolağının mərkəzindəki Deyr əl-Bəlahda HAMAS-ın yeraltı kompleksinə zərbə endirib. Kompleksin içərisindəki üç hədəf onu məhv etmək məqsədi ilə vurulub", - açıqlamada deyilir.

İsrail Qəzza HAMAS

Mənbə: apa.az

Xəbər Lenti