Braziliyada daşqında səkkiz nəfər ölüb

Tarix: 02 May 2024 03:55

Braziliyanın Rio Qrande-du-Sul əyalətində güclü yağış daşqına səbəb olub.

APA xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib.

Səlahiyyətlilər daşqın nəticəsində 8 nəfərin öldüyünü, 21 nəfərin itkin düşdüyünü açıqlayıb və 1400-dən çox insanın təxliyə edildiyini bildirib. Bir çox avtomobili sel suları aparıb.

Yaxın günlərdə güclü yağışların davam edəcəyi ehtimalı ilə əlaqədar bütün ştatda daşqın riski xəbərdarlığı edilib.

Xəbər Lenti