Çin ABŞ-ni Rusiya ilə ticarətə müdaxilə etməmək barədə xəbərdarlıq edib

Tarix: 02 May 2024 06:50

Rusiya və Çin arasında ticarət əlaqələri üçüncü ölkələrin müdaxiləsinə məruz qalmamalıdır.

APA xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin katibi Liu Penqyu TASS-a bildirib.

Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyət Ümumdünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə uyğundur.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirmişdi ki, Çin ABŞ-nin Tayvana yardım paketi təqdim etməsinə qəti şəkildə qarşıdır.

Çünki bu, Çin-Amerika əməkdaşlığına ciddi maneələr yaradır.

Xəbər Lenti