Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 10:44
Elm və təhsil naziri Emin Əmrullayev 24 iyul tarixində Saatlı şəhərində vətəndaşları qəbul edəcək. Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak edə bilərlər. "Adları çəkilən şəhər və rayonların sakinləri 12 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir", deyə məlumatda qeyd edilib.
Selcan Zaurqızı Elm və Təhsil Nazirliyi Emin Əmrullayev vətəndaş qəbuluMənbə: apa.az