Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 10:20
Sertifikatlaşdırma imtahanları çətin olmayıb.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, hər bir fəndən 60 ballıq şkala üzrə orta nəticənin 30 baldan yuxarı olması sertifikatlaşdırma imtahanlarının çətin olmadığını göstərir.
Onun sözlərinə görə, imtahanın kimlərəsə çətin görünməsi onların fənn bilikləri ilə bağlıdır.
“Bizim sertifikatlaşdırma imtahanımız çətin olmayıb. İmtahanla bağlı heç bir problem yoxdur", – Emin Əmrullayev vurğulayıb.
Gülcahan İmanqızı elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırmaMənbə: apa.az