Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 10:16
MİQ prosesi daha savadlı müəllimlərin işə qəbuluna imkan yaradır.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi vasitəsilə işə qəbul olunan müəllimlərin fənn bilikləri daha yüksəkdir.
O qeyd edib ki, MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51, MİQ-də iştirak etməyənlərin sertifikatlaşdırmada orta balı isə 42 olub: “Əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub - keçid faizi – 99% təşkil edib. Onların 62%-i sertifikatlaşdırma imtahanından 51 bal və daha yuxarı nəticə əldə edib. Nəticə etibarı ilə MİQ-lə daha savadlı müəllimlər gəlir”.
Gülcahan İmanqızı MİQ elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma müəllimlərin işə qəbuluMənbə: apa.az