91 mindən çox müəllim sertifikatlaşdırmada uğur qazanıb, 9 334 nəfərin əmək müqaviləsinə xitam verilib

91 mindən çox müəllim sertifikatlaşdırmada uğur qazanıb, 9 334 nəfərin əmək müqaviləsinə xitam verilib

Tarix: 30 Jun 2026 10:11

Sertifikasiyanın hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, ümumilikdə 91 407 müəllim sertifikatlaşdırma prosesində uğur qazanıb.

O bildirib ki, sertifikatlaşdırmanın nəticələrinə əsasən 60 818 müəllimin əməkhaqqına 10 faiz, 30 590 müəllimin əməkhaqqına isə 35 faiz əlavə olunub.

Gülcahan İmanqızı elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma

Mənbə: apa.az

Xəbər Lenti