Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 12:39
Məktəblərdə uşaqlara süni intellekti öyrətmək çətindir.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda Azərbaycanda 1,5 milyona yaxın şagirdin təhsili ilə 150 mindən çox təhsil işçisi məşğul olur və belə genişmiqyaslı tədris prosesində süni intellektin məktəblərdə tədrisi asan məsələ deyil.
Onun sözlərinə görə, şagirdlərə süni intellekti öyrətmək üçün ilk növbədə bu sahə üzrə bilikli və hazırlıqlı müəllimlər yetişdirilməlidir.
Eyni zamanda Emin Əmrullayev qeyd edib ki, istənilən təhsil sistemi üç əsas komponent – məzmun, tədris və qiymətləndirmə üzərində qurulur.
Nazir vurğulayıb ki, şagirdlərin bilik və bacarıqlarının hansı səviyyədə mənimsənildiyini müəyyən etmək üçün düzgün qiymətləndirmə sistemi formalaşdırılmalıdır.
O əlavə edib ki, təhsilin məzmununda mövcud olan çatışmazlıqların aradan qaldırılması və bu istiqamətdə islahatların davam etdirilməsi prioritet məsələlərdəndir.
Gülcahan İmanqızıMənbə: apa.az