Deputat idman yarışlarında enerji içkilərinin reklamını doğru hesab etmir

Deputat idman yarışlarında enerji içkilərinin reklamını doğru hesab etmir

Tarix: 30 Jun 2026 13:08

Artıq müşahidə edirik ki, idman yarışlarının sağlam həyat tərzini təbliğ edən fəlsəfəsi ilə yanaşı, bəzən enerji içkilərinin reklamı da aparılır.

APA xəbər verir ki, bunu Milli Məcisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

“Halbuki enerji içkilərinin təbliği müəyyən hallarda idmanın öz mahiyyətinə və sağlamlıq prinsiplərinə zidd görünə bilər. Əgər bu cür reklamlar vasitəsilə hansısa kommersiya maraqları ön plana çıxarılırsa, nəticədə dövlət siyasətinin əsas istiqamətlərindən biri olan sağlam həyat tərzinin təşviqi müəyyən risklərlə üzləşə bilər”, - deyə Fazil Mustafa qeyd edib.

İlkin Naib Fazil Mustafa idman enerjili içkilər

Mənbə: apa.az

Xəbər Lenti