Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 19:37
Rusiya ordusu Zaporojye şəhərindəki enerji obyektlərinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib. Xəbərə görə, Rusiya qüvvələri tərəfindən Zaporojye şəhərində Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi enerji infrastrukturu obyektlərinə qarşı dronlarından istifadə olunmaqla zərbələr endirilib.
Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi sənaye obyektlərində elektrik kəsilib. Rusiya MN bu barədə görüntülər yayımlayıb.
Rusiya Ukrayna Zaporojye
Mənbə: apa.az