İran ABŞ blokadası aradan qaldırıldıqdan sonra 40 milyon bareldən çox neft ixrac edib

İran ABŞ blokadası aradan qaldırıldıqdan sonra 40 milyon bareldən çox neft ixrac edib

Tarix: 30 Jun 2026 23:58

ABŞ-ın dəniz blokadasının tam aradan qaldırılmasından sonra İran 40 milyon bareldən çox nefti xarici bazarlara ixrac edib.

Bu barədə İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

"Dəniz blokadası aradan qaldırıldıqdan sonra qarşı tərəf geri çəkildi və İranın ticarət gəmiləri ilə neft tankerlərinin Oman körfəzi və Hörmüz boğazından keçidi bərpa olundu. Blokada götürüldükdən bu günə qədər 40 milyon bareldən çox neft ixrac edilib", – deyə Qalibaf qeyd edib.

İran neft ABŞ

Mənbə: apa.az

Xəbər Lenti