Çərşənbə, 1 İyul, 2026
Tarix: 30 Jun 2026 23:52
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Komissiyasının sədr müavini və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, Aİ-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Daxili İşlər və Miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner ilə görüş keçirib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Hakan Fidan "X" sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, görüşdə Türkiyə–Aİ münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər xarici siyasət, ticarət, miqrasiya, viza siyasəti və bağlantısallıq sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini dəyərləndiriblər.
Görüş zamanı Yaxın Şərqdəki vəziyyət və Rusiya–Ukrayna müharibəsi də daxil olmaqla regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Hakan Fidan vurğulayıb ki, Türkiyənin Avropa İttifaqına üzvlük hədəfi ölkənin strateji prioriteti olaraq qalır. O, münasibətlərin obyektiv meyarlar və ləyaqət prinsipi əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Türkiyə, Avropa İttifaqı, Hakan Fidan
*** 21:51 Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Aİ-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos, eləcə də Daxili İşlər və Miqrasiya məsələləri üzrə Aİ komissarı Maqnus Brunner ilə görüşüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dəryanur Cəfərova Türkiyə Avropa İttifaqı Hakan Fidan




Mənbə: apa.az